Tovuz rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qalaboynu kəndində örüş sahəsində qeydə alınıb.
Kənd sakini, 1999-cu il təvəllüdlü Məqsəd Əmiraslanov güllələnərək qətlə yetirilib. 17 yaşlı Məqsəd Əmiraslanovun kimin tərəfindən öldürülməsi məlum deyil.
Məqsəd Əmiraslanov heyvan otaran zaman qohumu ilə zarafat edib. Zarafat zamanı da cinayət hadisəsi törədilib. Hər iki şəxsin məktəbli olduğu bildirilir.
Faktla bağlı Tovuz Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov