Bakıda qadın mənzilindən televizorunun və paltaryuyan maşının oğrulanması ilə bağlı polisə müraciət edib.
Qaraçuxur qəsəbəsi, C.Qurbanov küçəsində yaşayan 1986-cı il təvəllüdlü Şirvanə Xalidova mənzilindən oğurluq edilməsi ilə bağlı polisə müraciət edib.
Ş.Xalıdova polisə müraciətində bildirib ki, mənzilindən ona məxsus televizor, paltaryuyan maşın və qaz sobası oğurlanıb. Ş.Xalıdova iddia edib ki, mənzilindən oğurluq edənlər əri, 1985-ci il təvəllüdlü Nicat Əkbərov və onun qardaşı, 1988-ci il təvəllüdlü Caviddir.
Hadisə ilə bağlı Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsində araşdırma aparılıb. İlkin məlumata görə, adı çəkilən şəxslər saxlanılıb. Araşdırmalar davam edir.
Musavat.com