15 Aprel 2016 16:27
1 192
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müğənni Səidə Sultanın prodüseri Hamlet Cahangirovu qətlə yetirməkdə təqsirli bilinən Yusif Mirzəyevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.


Teleqraf.com xəbər verir ki, qətl hadisəsi Yasamal rayonunun Zahid Xəlilov küçəsi, 523-cü məhəllədə baş verib.1987-ci il təvəllüdlü Hamlet Cahangirov çoxsaylı bıçaq xəsrətləri ilə qətlə yetirilib. Meyit müayinə edilən zaman onun bədəninin müxtəlif nahiyələrində 7 bıçaq xəsarətinin olduğu məlum olub.

Hadisə ilə bağlı Yasamal Rayon Polis İdarəsinin 26-cı polis bölməsi və rayon prokurorluq əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən Bakı şəhər sakinləri Yusif Mirzəyev həbs edilib.

Qeyd edək ki, qətlə yetirilən Hamlet Cahangirov tanınmış müğənni Səidə Sultanın prodüseri işləyib.
Hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham aktını elan edib. Özünü təqsirli bilməyən Yusif Mirzəyev ifadə verməyib. O, bildirib ki, şahidlərin dirindirilməsi başa çatandan sonra ifadə verəcək.

Daha sonra prosesdə zərərçəkmişin hüquqi varisi ifadə verib. O, təqsirləndirilən şəxsin ağır cəza ilə cəzalandırılmasını istəyib.

Məhkəmə prosesi aprelin 22-də davam edəcək.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər