Bakı Apelyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən vəkil Mənsum Bayramovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, hakim Mirzəli Abbasovun sədrliyi ilə keçirilən prosesdə Mənsum Bayramovun anket məlumatları, daha sonra isə apelyasiya şikayətinin dəlilləri müəyyən edilib.
Məhkəmə baxışı aprelin 18-nə təyin olunub.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Mənsum Bayramov 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Mənsum Bayramov bir müddət əvvəl saxlanılıb. O, Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsinə əsasən ittiham edilib.
Mənsum Bayramov həbs olunan vaxta kimi Vəkillər Kollegiyasının üzvü olub.
Hacı Zeynalov