16 Aprel 2016 13:16
762
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ağdam rayonunda cinayət hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Sarıcalı kəndində şəxsiyyəti məlum olmayan 4 nəfər Beyləqan rayon sakinləri Q.Məmmədovu, E.Hüseynovu, A.Şükürovu və K.Mirzəlini zorla “Niva” və “Nissan” markalı avtomobillərə oturdaraq Tərtər rayonunun Qazyan kəndinə aparıblar.

Həmin şəxslər bıçaqla hədələyərək onlardan 264 manat pul və mobil telefonlarını alıblar. Cinayəti törədən şəxslər hadisə yerini tərk ediblər.

Tərtər rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Ağdam rayon sakinləri Pərviz Kərimov, Ülvi Rüstəmov, Ağasəf Abdullayev və Sadiq Vəliyev tutulublar.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər