16 Aprel 2016 18:39
539
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Lökbatan qəsəbəsində qeydə alınıb.

Şamaxı rayon sakini Vüsal Cəbrayılzadə idarə etdiyi “VAZ-2115” markalı avtomobili yol ayırıcısına vurub.

Nəticədə sürücü hadisə yerində ölüb, 2 sərnişini isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Qaradağ Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: