16 Aprel 2016 16:56
553
12 Punto 14 Punto 16 Punto 18 Punto

İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Rəsullu kəndində qeydə alınıb.

Rayon sakinləri Şəhliyar Əzizovun idarə etdiyi “VAZ-21074” və Orxan Rüstəmovun idarə etdiyi “Mercedes” markalı avtomobillər toqquşub.

Nəticədə Ş.Əzizov və 3 sərnişini, habelə O.Rüstəmov və 2 sərnişini xəstəxanaya yerləşdiriliblər. Sərnişinlərdən Ə.Mustafayev orada ölüb.

Faktla bağlı İmişli rayon polis şöbəsi tərəfindən araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər