Əskişəhərdə dəhşətli hadisə baş verib.
Teleqraf.com Türkiyə mediasına istinadən bildirir ki, şəhərin Cümhuriyyət küçəsində rəfiqələri ilə gəzən Zeynəb Döngül üç il əvvəl boşandığı əri Bayramla üz-üzə gəlib. Bayram bilinməyən səbəbdən keçmiş həyat yoldaşı Zeynəb Döngülün bədəninə çoxlu sayda bıçaq zərbələri endirib və hadisə yerindən qaçıb.
Hadisə zamanı 13 yerindən bıçaqlanan Zeynəb Döngülün rəfiqələri dərhal təcili tibbi yardıma zəng ediblər. Daha sonra Zeynəb Döngül Əskişəh Osmanqazi Universitetinin tibb fakultəsinin xəstəxanasına aparılıb. Həkim nəzarətinə alınan Zeynəb Döngülün həyatına ciddi təhlükə yarandığı bildirilib. Xəbərdə qeyd edilir ki, polis hadisə yerindən qaçan Bayramın həbs edilməsi üçün axtarışlara başlayıb.
Cavid