18 Aprel 2016 10:00
730
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Xətai rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun N.Tusi küçəsində qeydə alınıb.

Bakı şəhər sakini Zərifə Kərimova yaşadığı evdə özünü asaraq ölüb. Zərifə Kərimovanın hansı səbəbdən intihar etdiyi məlum deyil.

Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: