Bakının Qaradağ rayon sakini olan qadın barəsində rüsvayedici məlumatlar yaymaqla hədələnib.
Teleqraf.com xəbər verir ki, Ü.M hədələnməsi ilə bağlı Qaradağ Rayon Polis İdarəsinin 10-cu polis bölməsinə müraciət edib.
O, bildirib ki, aprelin 16-da Lökbatan qəsəbəsində Hacıqabul rayon sakini, əvvəllər məhkum olunmuş Elşad Rüstəmov onun barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyib və 150 manatını alıb.
Polis əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində Elşad Rüstəmov tutulub.
Qeyd edək ki, Elşad Rüstəmov Ü. M. çılpaq şəkillərini çəkib və internetdə yayacağı ilə hədələyib.
Hacı Zeynalov