Bakının Nizami rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Naxçivanski küçəsində qeydə alınıb.
Orada evlərdən birində kirayə yaşayan 1977-ci il təvəllüdlü Elşad Davudov bacısı, 1982-ci il təvəllüdlü Turanə Davudovanı bıçaqlayaraq öldürüb.
Məlumata görə, Turanə Davudovanın həyat yoldaşı bir neçə il əvvəl vəfat edib. Bu səbəbdən qardaş və bacı bir evdə kirayə yaşayıblar. Hadisə baş verən günü evə sərxoş gələn Davud bacısı ilə heç bir səbəb olmadan mübahisə edib. Mübahisə zamanı o, bacısını bıçaqla vurub.
Elşad Davudov rayon prokurorluq və polis idarəsi əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində həbs edilib.
Faktla Nizami Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov