Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Avropa Oyunları”nın açılış günü Olimpiya stadionunda partlayış edəcəyi barədə xəbərdarlıq etməkdə ittiham olunan 1960-cı il təvəllüdlü Aydın Xudiyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Teleqraf.com xəbər verir ki, Aydın Xudiyev 2015-ci ilin iyunun 12-də, Avropa Oyunlarının açılış günü Fövqəladə Hallar Nazirliyinin 112 xidmətinə zəng edərək diktofonu qoşaraq kaseti səsləndirilib.
O, stadiona bomba qoyulduğunu və açılışı dayandırmaları olduğunu deyib. İyunun 15-də əməliyyat keçirilib və Aydın Xudiyev saxlanılıb. Onun evindən “Sony” markalı diktofon və “Panasonic” markalı kaset aşkarlanaraq götürülüb.
Onu da qeyd edək ki, 1960-cı il təvəllüdlü Aydın Xudiyev Yol Təhlükəsizliyi üzrə Əhalini Maarifləndirmə İctimai Birliyinin rəhbəri olub.
Hakim Rasim Sadıqovun sədrliyi keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Aydın Xudiyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov