19 Aprel 2016 10:21
1 312
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Apelyasiya Məhkəməsində Rəhilə İsmayılova (“Qara Rəhilə”), Məleykə Şamilova, Mətanət Şamilova, Natəvan Şamilova və Məcid Şamilovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başlayıb.

Teleqraf.com xəbər verir ki, Sumqayıt şəhər sakini, 1954-cü il təvəllüdlü Rəhilə İsmayılova Sumqayıt və Bakıda çoxsaylı oğurluq və cibgirlik əməlləri törətməkdə təqsirli bilinir. Rəhilə İsmayılova (“Qara Rəhilə”) əvvəllər talamaya görə iki dəfə məhkumluq yaşayıb. O, 2008-ci ildə Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Məhkəməsinin hökmü ilə 4 il azadlıqdan məhrum edilib.

Rəhilə İsmayılova 2013-cü ildə yenidən oğuluq və talama cinayətlərinə görə Nəsimi rayon Məhkəməsində 2 il azadlıqdan məhrum etmə və 3000 manat pul cəzasına məhkum edilib. Həmin cəzanın tam ödənilməməsinə baxmayaraq Qara Rəhilə yenidən cinayət əməlinə girib.

O, 2014-cü ilin iyul ayının 23-də Sumqayıt Şəhərində 7 nömrəli avtobusda Maya Ağayevanın əl çantasından 357 manat məbləğində maddi ziyan vurmaqla oğurluq edib.

Bundan sonra Rəhilə İsmayılova təkrarən özgənin əmlakı talama məqsədilə həmin ilin iyulun 31-də 7 nömrəli avtobusda Arifə Sadıqovanın əl çantasında ümumilikdə 72 manat 50 qəpiklik oğurluq edib. Onun etdiyi cinayət əməlləri bununla da yekunlaşmayıb.

İyulun 31-i günü Rəhilə İsmayılova Sumqayıt şəhər Məhkəməsinin arşında olarkən polis əməkdaşları onu bölməyə dəvət edib. Polis bölməsində onun əl çantasına yoxlanış apararkən sellofana bükülmüş 1,3 qram narkotik vasitə tiryək aşkar edilərək götürülüb. Qara Rəhilə cinayət əməllərini yalnız Sumqayıt şəhərində eləməyib. O, Bakıda tanışları Rauf Əliyev, Esmira Səfərova, Fərid Şərifzadə və Məleykə Şamilova ilə əlbir olaraq maşınla Tehran Əbilovanı izləyərək Şəfa stadionun yaxınlığında əl çantasını oğurlayıblar.
Tehran Əbilovanın əl çantasında 530 manat nağd pul və dəyəri 20 manat olan əl çantasını talama yolu ilə oğurlayıblar.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Məcid Şamilov 4 il 4 ay, Məleykə Şamilova 6 il, Natəvan Şamilova 7 il, Rəhilə İsmayılova 4 il müddətinə azadlıqdan məhrum edilib. Zamində olan Natəvan Şamilovanın barəsində həbs qəti imkan tədbiri seçilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

Digər təqsirləndirilən Mətanət Şamilovanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib və o, şərti cəza alaraq məhkəmə zalından azadlığa buraxılıb.

Hökmdən narazı qalan təqsirləndirilən şəxslər apelyasiya şikayəti veriblər. Onlar günahsız olduqlarını əsas gətirərək, barələrində bəraət hökmünün çıxarılmasını istəyiblər. Onların şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.

Apelyasiya şikayəti hakim İlqar Murquzovun icraatına verilib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları və apelyasiya şikayətlərinin dəlilləri müəyyən edilib.

Məhkəmə baxışı aprelin 28-nə təyin edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər