Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsi törətməkdə təqsirli bilinən Cəmşid Manafovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf.com xəbər verir ki, qəza Siyəzən-Qalaaltı yolunun 8-ci kilometrliyində baş verib. Siyəzən rayon sakini, 1971-ci il təvəllüdlü Cəmşid Manafovun idarə etdiyi VAZ 2107 sərt döngədə idarəetmədən çıxaraq aşıb.
Qəza nəticəsində sərnişin, Siyəzən rayon sakini, 1974-cü il təvəllüdlü Gülnarə Əliyeva hadisə yerində dünyasını dəyişib. Avtomobilin sürücüsü Cəmşid Manafov, həlak olan qadının övladları – 1994-cü il təvəllüdlü Gülər Əliyeva və 1996-cı il təvəllüdlü Orxan Əliyev xəsarət alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Yaralılardan Orxan Əliyevin həyatını xilas etmək mümkün olmayıb.
Onu da qeyd edək ki, qəzada ölənlər sürücü yaxın qohum olub.
Hakim Səbuhi Hüseynovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Cəmşid Manafov barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib və 10 il müddətinə azadlıqdan məhrum edilib. O məhkəmə zalından həbs edilib.
Hacı Zeynalov