20 Aprel 2016 11:48
660
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qanlı cinayət törətməkdə təqsirli bilinən Sumqayıt sakini Mürsəl Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hadisə ötən ilin noyabrın 9-da Sumqayıt avtovağzalının yaxınlığında baş verib. Mikroavtobus sürücüsü olan Mürsəl Quliyev sərnişini Şahin Əliyev arasında mübahisə düşüb. Onlar bir birilərinə xoşa gəlməz sözlər deyiblər. Mürsəl Quliyev bıçaqla sərnişini bıçaqlayıb.

Mürsəl Quliyev Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham verilib. Məhkəmə dövründə zərərçəkən Şahin Əliyev ifadəsində təqsirləndiriləndən şikayətçi olmadığını, ona qarşı söyüş söydüyünü deyib.

Qeyd edək ki, Mürsəl Quliyev 2014-cü il Sabunçu məhkəməsinin hökmü ilə 2 il 6 ay şərti cəza alıb.
Hakim Ramella Allahverdiyanın sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Mürsəl Quliyev 6 il müddətə azadlıqdan məhrum edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər