17 İyun 2014 15:24
715
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxı rayonunda mağazadan oğurluq edən şəxslər həbs edilib.

Bu barədə Teleqraf.com-a Şamaxı rayon Polis Şöbəsindən məlumat verilib.

Məlumata görə, polis əmkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 4-də Atakişi Musayevə məxsus mağazadan 300 manat, ərzaq məhsulları, tütün məmulatı, geyim və məişət əşyaları oğurlamış Goranboy rayon sakinləri Elçin Hüseynov, Pərvin Seyidov və Bakı şəhər sakini Əli Mirzəyev tutulublar.

E.Hüseynovun və P.Seyidovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onların Rəşad Alıyevə məxsus mağazadan 45 manat və tütün məmulatı, habelə içərisində 1300 manat olan “Milli ön” aparatını oğurlamaları da müəyyən edilib.

Faktla bağlı cinayət işi başlayıb.

Hacı Zeynalov


Müəllif: