21 Aprel 2016 10:24
1 026
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dələduzluqda təqsirli bilinən “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənova barəsində həbs qətimkan tədbiri seçilib. Səbail Rayon Məhkəməsinin qərarı ilə Mətanət Həsənova 4 ay müddətinə həbs edilib.

Məhkəmənin qərarından narazı qalan Mətanət Həsənova apelyasiya şikayəti verib. Bakı Apelyasiya Məhkəməsində, hakim Sahibxan Mirzəyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.
Qərara görə, Mətanət Həsənovanın apelyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, aprelin 11-də Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumata görə, Bakıda vətəndaşlara külli miqdarda ziyan vuran dələduz qadın saxlanılıb.

Belə ki, “Topstap LTD” MMC-nin təsisçisi Mətanət Həsənova ötən ilin noyabrından bu ilin mart ayınadək olan müddətdə ayrı-ayrı vətəndaşları adıçəkilən cəmiyyətin nəzdindəki tədris mərkəzinə işə düzəltmək adı ilə aldadaraq onların xeyli miqdarda pullarını dələduzluq yolu ilə ələ keçirib.

Faktla bağlı DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb və Mətanət Həsənova şübhəli şəxs qismində tutulub.

Hazırda faktla bağlı istintaq davam etdirilir.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər