21 Aprel 2016 12:27
647
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində quldurluq etməkdə təqsirləndirilən Bakı şəhər sakini 1994-cü il təvəllüdlü Cavid Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə C.Abdullayev 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, C.Abdullayev ötən il Xətai rayonunun Sarayev küçəsində apteklərdən birinə basqın edərək 100 manat pul tələb edib. Bu zaman satıcı polisə xəbər verib. C.Abdullayev hadisə yerindən uzaqlaşıb. O, Xətai Rayon Polis İdarəsinin və 34-cü Polis Bölməsinin əməkdaşlarının əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

Məlum olub ki, C.Abdullayev aptekə basqın edərkən, yalançı tapanca ilə satıcını hədələyib. Onun üzərinə baxış zamanı bıçaq aşkarlanıb.

C.Abdullayev Cinayət Məcəlləsinin 181-ci (quldurluq) və 228-ci (qanunsuz olaraq odlu silah) maddələri ilə ittiham edilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər