Respublikaçı Alternativ Hərəkatının (REAL) həbsdə olan sədri İlqar Məmmədov Şəkiyə aparılıb. Teleqraf.com-un xəbərinə görə, bu haqda REAL Hərəkatının icraçı katibi Natiq Cəfərli Feysbuk-da məlumatı yayıb.
Məlumat üçün bildirək ki, sabah Şəki Apelyasiya Məhkəməsində İlqar Məmmədovun məhkəmə prosesi keçiriləcək. Proses saat 14:30-da başlayacaq. İlqar Məmmədovun Bakıdan Şəkiyə etap olunması da, onun məhkəmədə iştirakını təmin etmək məqsədilə ola bilər.
Qeyd edək ki, sözügedən məhkəmə prosesində İlqar Məmmədovla birgə həbs edilən, lakin Prezidentin son əfv sərəncamı ilə azadlığa buraxılan Tofiq Yaqubluda iştirak edəcək.
Nemət