Göygöl rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Alıməmmədli kəndində qeydə alınıb.
Gəncə şəhər sakini, 1979-cu il təvəllüdlü Rəşad Rzayev kənd ərazisində olan əkin sahəsində ağacdan asıb. Onun asılmış meyitini əkin sahəsinə gələn sakinlər aşkarlayıb.
Qeyd edək ki, Rəşad Rzayev bu ilin aprelin 13-də Gəncə şəhərində qətl törətdiyi üçün axtarışda olub. Həmin gün şəhər sakinləri 25 yaşlı Tural Kərimov qətlə yetirilib, Natiq Süleymanov isə bıçaq xəsarəti alıb.
Aprelin 15-də cinayətin iştirakçılarından biri olan Mehman Hacıyev Gəncə Şəhər Baş Polis İdarəsi və Kəpəz Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsindən həbs edilib.
Rəşad Rzayev isə cinayətin iştirakçısı olduğu müəyyən edilsə də, onun tutulması mümkün olmamışdı.
Hacı Zeynalov