Biləsuvar Gömrük İdarəsinin "Qoşa Təpə" gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Teleqraf.com-a verilən məlumata görə, Yoxlama zamanı həmin şəxsin ayaqqabısının sağ tayının tərliyinin daban hissəsinin altından - dabanın oyuqlarında gizlədilmiş cəmi 2 ədəd bükümdə, xalis çəkisi 0,238 qram olan narkotik vasitə - heroin və 3 ədəd həbdən ibarət metadon adlı dərman preparatı aşkar olunaraq götürülüb.
Xatırladaq ki, metadon adlı dərman preparatı "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in II Siyahısına daxildir və 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,015 qram təşkil edir.
Faktla bağlı araşdırma aparılır.