Bakının Xəzər rayonunda intihar hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Binə qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini, 1979-cu il təvəllüdlü Kəmalə Umudova özünü yaşadığı evdə asaraq ölüb. Onun asılmış meyiti ailə üzvləri tərəfindən aşkar olunub. Kəmalənin hansı səbəbdən intihar etdiyi məlum deyil.
Faktla bağlı Xəzər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Son iki gündə paytaxtda iki qadın özünü asaraq ölüb. Aprelin 21-də Binəqədi rayonu ərazisində Bakı şəhər sakini, 1982-ci il təvəllüdlü Aynurə Məmmədova yaşadığı evdə özünü asaraq ölüb.
Hacı Zeynalov