22 Aprel 2016 12:14
570
12 Punto 14 Punto 16 Punto 18 Punto

Goranboy rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, Gəncə şəhər sakinləri Ələsgər Şabanovun idarə etdiyi “VAZ-2107” və Azər Nağıyevin idarə etdiyi “QAZ-33021” markalı avtomobillər toqquşub.

Nəticədə Ələsgər Şabanovun sərnişinlərindən Ayşən Zahidi hadisə yerində ölüb, özü və digər 2 sərnişini xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: