Bakının Xətai rayonu ərazisində faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, rayon ərazisindəki evlərdən birində fəhlə işləyən Zərdab rayon sakini Məhəmməd Məhəmmədlini elektrik cərəyanı vurub.
Məhəmməd Məhəmmədli hadisə yerində ölüb. Onun paytaxtda kirayədə yaşayıb və ustalıq etməklə çörəkpulu qazanırmış.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov