22 Aprel 2016 15:45
927
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaradağ rayon sakini, 1984-cü il təvəllüdlü Zaur Tərlanovun cinayət işi üzrə məhkəmə prosesi davam edib.


Teleqraf.com xəbər verir ki, ötən ilin yanvarın 8-də saat 17 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayan Zaur Tərlanov yol kənarında dayanmış “Lexus” markalı avtomobilin içərisində oturmuş həmin qəsəbənin sakinləri – 1980-ci il təvəllüdlü Cahid Rəhimov və onun qardaşı, 1985-ci il təvəllüdlü Cavidə “Vinçester” markalı odlu silahdan bir neçə atəş açıb.

Buna Zaurla onların arasında mübahisə yaranması səbəb olub. Hadisə nəticəsində Rəhimov qardaşları ölüb. Cinayəti törədən Zaur hadisə yerindən qaçıb. Səhəri gün Qaradağ Rayon Polis İdarəsinin 38-ci bölməsinin əməkdaşları Zaur Tərlanov yaxalayıblar.

İlkin dindirmə zamanı o, cinayəti qısqanclıq zəminində törətdiyini bildirib. Zaur Tərlanovun qeyri-rəsmi yaşadığı Xanım Aslanova həm də mərhum Cavidlə münasibətdə olub. Cinayət də bu məsələ üstündə baş verib.

Zaur Tərlanov Qaradağ rayonunda fəaliyyət göstərən “Bank Standard”ın əməkdaşı olub.
Qeyd edək ki, martın 2-də çıxış edən prokuror Zaur Tərlanovun ömürlük azadlıqdan məhrum edilməsini istəyib. Həmin gün çıxış edən zərərçəkmişin hüquqi varisinin nümayəndəsi Ceyhun Yusifov prokurorun çıxışı ilə razı olduğunu bildirib.

Növbəti məhkəmə iclasında isə Zaur Tərlanov müdafiəçisi Mehman Əliyevdən imtina edib və yeni müdafiəçi ilə müqavilə bağlayıb. Bu səbəbdən məhkəmə iclası bir neçə dəfə baş tutmayıb.

Aprelin 22-də hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Zaur Tərlanov son söz deyib. O, prokurorun çıxışı ilə razı olmadığını bildirib.

Daha sonra hakimlər hökm qəbul etmək üçün müşavirə otağına yollanıblar.

Məhkəmənin qərarı ilə Zaur Tərlanova ömürlük azadlıqdan məhrumetmə cəzası verilib.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər