23 Aprel 2016 12:03
704
12 Punto 14 Punto 16 Punto 18 Punto

Xəbər verdiyimiz kimi Xəzərdə Rusiyaya məxsus gəmi yanıb.

Rusiyanın TASS agentliyinin məlumatına görə, hadisə Türkmənistan sularında, Astarxan sahillərindən 800 kilometr aralıda baş verib. Gəmidə olan 18 nəfər evakuasiya edilib, yanıq xəsarətləri alan 1 nəfər həyatını itirib. Hadisənin dəqiq səbəbləri məlum deyil.

Məlumatlara görə, hadisə zamanı tanker boş olub.

Saat 11:31

Xəzər dənizində sahildən təqribən 110 km məsafədə Rusiya Federasiyası bayrağı altında üzən "PALFLOT 2" gəmisində yanğın baş verib.

Teleqraf.com Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin Aviasiya dəstəsinin helikopterləri, Dövlət Yanğından Mühafizə Xidmətinin "Vixr-5" gəmisi və yaxınlıqda olan digər gəmilər hadisə yerinə cəlb edilib.

Əlavə məlumat veriləcək.


Müəllif: