24 Aprel 2016 20:15
452
12 Punto 14 Punto 16 Punto 18 Punto

Tərtərdə yanğın hadisəsi qeydə alınıb.

Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə,Tərtər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 90 kv.m olan birmərtəbəli 3 otaqlı evin iki otağının, mətbəxinin yanar konstruksiyaları və ev əşyaları 63 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:36-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


Müəllif: