Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Quba rayon sakini, Yeganə Ərəbova və onun qayınatası Həsrət Əliyevin cinayət işi üzrə məhkəməsi başa çatıb.
Teleqraf.com xəbər verir ki, qətl hadisəsi 2001-ci ildə Qubada baş verib. Quba rayon sakini, 1976-cı il təvəllüdlü Yeganə Ərəbova və qayınatası Həsrət Əliyevlə birgə həyat yoldaşı Elman Əliyevi qətlə yetiriblər.
Həsrət Əliyev gəlini ilə əlbir olaraq, oğlunu öldürdükdən sonra yaşadıqları evin həyətindəki ayaqyolu quyusuna atıb. Hadisədən 14 il sonra - 2015-ci ildə Quba Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayəti törədən şəxslər tutulub.
Hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.
Məhkəmənin hokum ilə Həsrət Əliyev 14 il, Yeganə Ərəbova 13 il müddətinə azadlıqdan məhrum edilib.
Hacı Zeynalov