Hacıqabul rayonunda narkotiklərlə bağlı əməliyyat keçirilib.
Teleqraf.com xəbər verir ki, Hacıqabul rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Daşkəsən rayon sakini Nofər Hümbətov həbs edilib. Ondan 2 kiloqram 85 qram marixuana götürülüb.
Daha bir əməliyyatı Biləsuvar rayon polis şöbəsi əməkdaşları keçirib. Polis əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayon sakini Cavanşir Musayevdən 14 kiloqram 840 qram tiryək götürülüb.
Bundan başqa Nəsimi Rayon Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Rasim Əhmədov həbs edilib. Ondan 515 qram heroin götürülüb.
Hacı Zeynalov