25 Aprel 2016 18:47
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Gədəbəy rayonunda intihar hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun Talakənd kənd orta məktəbinin direktoru Fəxrəddin Əliyevin asılmış meyiti aşkar olunub.

Fəxrəddin Əliyevin meyitini ailə üzvləri aşkarlayıb. Dərhal hadisə yerinə rayonu hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib. Onun intihar etdiyi məlum olub.

Faktla bağlı Gədəbəy Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

Qeyd edək ki, oxşar hadisə bir neçə gün əvvəl Qax rayonunda da baş verib. Qaxın Şotavar kəndinin orta məktəbinin emalatxanasında texniki işçi vəzifəsində çalışan Məcidov Qüdrət Qədir oğlu özünü məlum olmayan səbəblərdən asıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər