Bakının Nəsimi rayonunda cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, Moskva prospektində şəxsiyyəti məlum olmayan 2 nəfər Bakı şəhər sakini Natiq Abdullayevi döyərək pulunu və sənədini alıb.
Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Tərtər rayon sakinləri Şahlar Əsgərov və Samir Mehdiyev tutulublar.
Hacı Zeynalov