Bakının Sabunçu rayonunda restoranlardan birində baş verən atışmada saxlanılan şəxs sərbəst buraxılıb.
Teleqraf.com xəbər verir ki, vəkil Elçin Sadıqovun bildirdiyinə görə, Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsində 4 gün saxlanılan Rafiq Allahyarov bu gün sərbəst buraxılıb.
Qeyd edək ki, Rafiq Allahyarovun oğlu Samir silahlı insident olan ərazidə olduğu bildirilir.
Aprelin 20-də Səbail rayonunun Badamdar qəsəbəsində yerləşən “Bulaq” restoranında baş verib. Hadisə zamanı Fuad Əkbərov və Bəhruz Rəfiyev tapançadan açılan atəş nəticəsində yaralanıb, 30 yaşlı Süleyman Abdullayev isə bıçaqlanıb. Hər iki yaralı xəstəxanaya yerləşdirilib.
Polis və prokurorluq orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri Tofiq Qaramizadə, Hüseyn Hüseynov və Bəhruz Rəfiyev tutulub. Hadisə zamanı istifadə edilən "Revolver" tipli tapança və 5 ədəd patron götürülüb.
Faktla əlaqədar Bakı şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 29,120-ci, 221-ci və 228-ci maddələri ilə cinayət işi başlanıb.
Hacı Zeynalov