Bakının Nərimanov rayonunda əcnəbilər arasında mübahisə cinayətlə nəticələnib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun M.Nərimanov küçəsi 16 ünvanın qarşısında baş verib.
Həmin ünvanda Türkiyə vətəndaşı, 1974-cü il təvəllüdlü Koç Yami Habib oğlu və Əfqanistan vətəndaşı, 1957-ci il təvəllüdlü Səid Ənvər Məhəbbət oğlu Həşimi mübahisə ediblər. Mübahisə zamanı onlar bir-birlərini döyüblər.
Faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsində araşdırma aparılır.
Hacı Zeynalov