28 Aprel 2016 12:32
2 629

Bakının Nəsimi rayonunda zorlama faktı qeydə alınıb.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun R.Behbudov küçəsi, 24 ünvanında yerləşən binalardan birinin zirzəmisində baş verib.

Kürdəmir rayon sakini, 1967-ci il təvəllüdlü G. M. Bakı şəhər sakini, 1958-ci il təvəllüdlü Kəmaləddin Osmanov tərəfindən zorlanıb. G. M. zorlanması ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 22-ci polis bölməsinə şikayət edib.

Onun şikayəti əsasında 22-ci polis bölməsində təhqiqat aparılıb. Toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Nəsimi Rayon Prokurorluğuna göndərilib.

Məlumata görə, G. M. paytaxtda kirayədə yaşayıb. Onun yüngül həyat tərzi keçirdiyi bildirilir.

Hacı Zeynalov


Müəllif: