28 Aprel 2016 21:44
548
12 Punto 14 Punto 16 Punto 18 Punto

Murad Nəcəfov 5,6 il müddətinə azadlıqdan məhrum edilib.

Rusiyada İŞİD terror qruplaşmasına qoşularaq Suriyada döyüşlərdə iştirak etmiş Rusiya vətəndaşı olan azərbaycanlı Murad Nəcəfova hökm oxunub. ANS PRESS-in məlumatına görə, Moskva hərbi məhkəmə kollegiyasının Ufada keçirilən iclasında həmyerlimiz 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

“Qruplaşmanın tərkibinə qatılan Nəcəfov döyüş patrul nəzarətində olan ərazilərin qorunması, nəqliyyat və sənədlərin yoxlanılmasını həyata keçirərək Suriya silahlı qüvvələrinə qarşı döyüşlərdə iştirak edib”, - deyə Federal Təhlükəsizlik Xidmətinin mətbuat şöbəsinin rəhbəri bildirib.

Nəcəfov 2015-ci ilin mayında Türkiyə ərazisində saxlanılıb. Türkiyə tərəfi miqrasiya məsələləri ilə bağlı onu deportasiya edib və Rusiyaya geri göndərib. Rusiya hüquq-mühafizə orqanları onun haqqında məlumat alan kimi şübhəli şəxs Ufa aeroportunda həbs edilib və ona qarşı cinayət işi qaldırılıb.

Mətbuat xidmətinin rəhbəri həmçinin onu da əlavə edib ki, Nəcəfov məhkəmə iclası zamanı öz günahını etiraf edib, sürülən ittihamlarla razılaşıb və törətdiyi əmələ görə səmimi peşmanlıq keçirdiyini deyib.

23 yaşlı Murad Nəcəfov Azərbaycanda doğulub. Lakin o, Rusiyanın Orenburq vilayətində yaşayıb. 2014-cü ildə könüllü olaraq Suriyaya gedərək İŞİD terrorçu qruplaşmasının tərkibində döyüşüb.


Müəllif: