29 Aprel 2016 09:59
675
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Qaradağ rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Sahil qəsəbəsində qeydə alınıb.

28 yaşlı Gülnarə Abbasova kirayə yaşadığı evdə bıçaqlanıb. O, bıçaq xəsarəti ilə xəstəxanaya gətirilib. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

İlkin məlumata görə, Gülnarə Abbasova həyat yoldaşı tərəfindən bıçaqlanıb. Ər-arvad arasında heç bir səbəb olmadan mübahisə olub. Sonuncu dəfə evə sərxoş gələn ər Gülnarə Abbasova ilə mübahisə edib. Sonda mübahisə qanlı cinayətlə nəticələnib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: