Qax rayonunda faciəli hadisə baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayonun Qum kəndində qeydə alınıb.
Kənd sakini, 68 yaşlı İbrahim Məmmədov yaşadığı evin yaxınlığından keçən su kanalına düşərək boğulub. İbrahim Məmmədovun sərxoş olması nəticəsində gecə saatlarında su kanalına düşüb. Köməksiz vəziyyətdə su kanalında qaldığı üçün boğularaq ölüb.
Faktla bağlı Qax Rayon Prokurorluğunda araşdırma aparılır.
Hacı Zeynalov