Şirvan şəhərində intihar hadisəsi baş verib. Teleqraf.com xəbər verir ki, hadisə şəhərin bağ evləri massivində qeydə alınıb.
Şirvan şəhər sakini, 1991-ci il təvəllüdlü Anar Əhmədov özünü asaraq ölüb. Anar Əhmədovun son vaxtlar xeyli miqdarda borca düşdüyü, həmin borcları qaytara bilmədiyi bildirilir.
Faktla bağlı Şirvan şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Hacı Zeynalov