30 Aprel 2016 16:27
1 133
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Səbail rayonunda 25 yaşlı qız intihara cəhd edib. Teleqraf.com xəbər verir ki, hadisə Milli Parkda baş verib.

Xırdalan şəhər sakini, 1991-ci il təvəllüdlü G. H. özünü dənizə ataraq intihar etmək istəyib. Amma o, ərazidə xidmət aparan mühafizə polisinin əməkdaşları tərəfindən xilas edilib.

Məlumata görə, G. H. sevdiyi oğlanla bulvarda gəzişib. Bu zaman sevgililər arasında mübahisə yaranıb. Həmin vaxt oğlan artıq onu sevmədiyini deyib. Sevdiyi oğlana əsəbiləşən qız özünü dənizə ataraq özünü öldürmək istəyib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər