30 Aprel 2016 18:35
585
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şabran rayonunda silah-sursatın aşkar olunması ilə bağlı əməliyyat keçirilib.

Teleqraf.com xəbər verir ki, Şabran rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakini Namiq Balakişiyev həbs edilib.

Namiq Balakişiyevdən 1 ədəd kustar üsulla düzəldilmiş xəncər, evinə baxış zamanı isə eyni üsulla hazırlanmış arbalet, qılınc, bıçaq, balta və soyuq silah aşkar edilərək götürülüb.

Hacı Zeynalov


Müəllif: