30 Aprel 2016 22:05
537
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakının Sabunçu rayonunda yaşlı kişi döyülüb. Teleqraf.com xəbər verir ki, hadisə rayonun Maştağa qəsəbəsində baş verib.

Bakı şəhər sakini, 1961-ci il təvəllüdlü Sərdar Tağıyev Maştağa qəsəbəsi, Albalılıq yaşayış massivində döyülüb. Sərdar Tağıyev döyülməsi ilə bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cü polis bölməsinə şikayət edib.

O, şikayətində bildirib ki, Mürsəl adlı tanışı tərəfindən döyülüb. Hadisə şəxsi münasibətlər zəminində baş verib.

Faktla bağlı araşdırma aparılır.

Hacı Zeynalov


Müəllif: