Bakının Nərimanov rayonunda orta məktəbdə cinayət hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, hadisə rayon ərazisində olan orta məktəblərdən birində qeydə alınıb.
Orta məktəbin sanitar qovşağında 2000-ci il təvəllüdlü N. P. və S. V. həmin məktəbdə oxuyan 2008-ci il təvəllüdlü T. İ.-yə qarşı seksual xarakterli hərəkətlər ediblər.
Azyaşlı oğlan baş verən hadisə ilə bağlı valideynlərinə danışıb. Bundan sonra azyaşlının valideynləri faktla bağlı Nərimanov Rayon Polis İdarəsinin 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.
Faktla bağlı araşdırma aparılır.
Hacı Zeynalov