4 May 2016 13:37
667
12 Punto 14 Punto 16 Punto 18 Punto

Salyanda özlərini polis kimi təqdim edən dələduzlar yaxalanıb.

Teleqraf.com xəbər verir ki, cari ilin yanvar ayında Salyan rayonu ərazisində özlərini polis əməkdaşı kimi təqdim etmiş 2 naməlum şəxs rayon sakini Asiman Bəhramovu həbs edəcəyi ilə hədələyib və ondan 15000 manat pul alıb.

Salyan rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş rayon sakinləri Kamran Qasımov və Vaqif İlyasov tutulublar.

Faktla əlaqədar cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif:

Oxşar xəbərlər