18 İyun 2014 15:15
831
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şirvan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Bu barədə Teleqraf.com-a Şirvan şəhər Polis şöbəsindən məlumat verilib.

Məlumata görə, Şirvan şəhər sakini Emin Rəsulov bıçaqlanıb. Bıçaq xəsarəti alan Emin Rəsulov vaxtında xəstəxanaya çatdırılıb. Ona vaxtında tibbi yardım göstərildiyi üçün həyatını xilas etmək mümkün olub.

Polis əməkdaşlarının keçirdiyi əməliyyat nəticəsində cinayəti törədən şəhər sakini Tərlan Qədirli tutulub.

Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə cinayət işi başlanıb.

Hacı Zeynalov


Müəllif: