Bakının Nizami rayonunda yaşayan kişi qarət edilib.
Teleqraf.com xəbər verir ki, Ağcabədi rayon sakini Rafiq Məmmədov paytaxtın Nizami rayonu ərazisində kirayədə yaşadığı evə arxasınca girən naməlum şəxs onu bıçaqla hədələyib.
Həmin şəxs Rafiq Məmmədovdan 311 manat, mobil telefon və ətri götürərək oradan uzaqlaşıb.
Nizami rayon polis idarəsinin 24-cü polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Lənkəran rayon sakini Mirsəmid Ağazadə tutulub.
Hacı Zeynalov