Gəncə şəhərində çay evində qumbara partlaması nəticəsində ölən və yaralanların kimliyi məlum olub.
Gəncə şəhər prokurorluğundan Teleqraf.com-a verilən məlumata görə, hadisə şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində qeydə alınıb.
Çayxanada Gəncə şəhər sakini, 1972-ci il təvəllüdlü Məhərrəm Əhmədovun əlindəki “F-1” tipli qəlpəli əl qumbarasının partlayıb. Baş verən partlayış nəticəsində Məhərrəm Əhmədov və və qardaşı oğlu, 1985-ci il təvəllüdlü Taleh Əhmədov hadisə yerində ölüblər.
Məhərrəm Əhmədovun oğlu, 1998-ci il təvəllüdlü Nəriman Əhmədov, qardaşı oğlu, 1994-cü il təvəllüdlü Orxan Mirzəyev və 1975-ci il təvəllüdlü Sadiq Əhmədov müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər. Onların vəziyyətlərinin normal olduğu bildirilir.
Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə iki ailə arasında yaranan şəxsi münasibətlər zəminində baş verib. Onlar arasında baş verən mübahisənin pul üstündə baş verdiyi bildirilir. Məlumata görə, hadisə zamanı 4 nəfər saxlanılıb. Onların bir-birləri ilə qohum olduqları bildirilir.
Faktla bağlı Gəncə şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, saxlama, satma, başqasına vermə və ya gəzdirmə), 29,120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanıb.
***
Ötən gecə Gəncədə iki nəfərin ölümü, iki nəfərin yaralanması ilə nəticələnən insident baş verib.
Şəhərin Abbas Səhhət adlanan yaşayış massivindəki çay evində mübahisə edə 4 nəfərdən biri əlində olan qumbaranı partladıb. Hadisə zamanı iki nəfər ölüb, iki nəfər isə yaralanaraq xəstəxanaya yerləşdirilib.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. /APA
Hacı Zeynalov