18 İyun 2014 17:35
1 211
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində həbsdə olan bloqçu Ömər Məmmədovun cinayət işi üzrə məhkəmə keçirilib.

Teleqraf.com-un xəbərinə görə, prosesdə çıxış edən prokuror Ömər Məmmədova cəza istəyib. Prokuror Ömər Məmmədovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini məhkəməyə təklif edib.


Ömər Məmmədov əvvəllər “Nida” vətəndaş Hərəkatını üzvü olub və 2013-cü ildə bir qrup gənclə “Axın” hərəkatını təsis edib. Ömər Məmmədov 2014-cü il yanvarın 24-də Bakıda tutulub. Onun üstündən 6 qram heroin götürülüb.

Hacı Zeynalov


Müəllif: