Mingəçevir şəhərində, Kür çayında (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 7 km aralıda, nəzarətsiz ərazidə) 1 nəfər qayıqdan suya yıxılaraq düşüb.
Bu barədə Teleqraf.com FHN-in saytına istinadən xəbər verir.
Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşı xilas edərək, aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 12:15-də başa çatıb.