Bu gün Yevlax rayonu, Yuxarı Qarxun kəndində (rayon mərkəzindən 10 km aralı) vətəndaşa məxsus ev yanıb.
Teleqraf.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 48 kv.m olan birmərtəbəli 2 otaqlı evin bir otağının yanar konstruksiyaları 24 kv.m sahədə və ev əşyaları qismən yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 16:55-də yanğınsöndürənlər tərəfindən söndürülüb.