9 May 2016 21:53
913
12 Punto 14 Punto 16 Punto 18 Punto

Şamaxıya yağan leysan yağışları və dolu Ərçiman və Çağan kəndlərində bir sıra fəsadlar törədib.

Teleqraf.com Region TV-yə istinadən xəbər verir ki, Ərçiman kəndinin ərazisindən keçən Pirsaat çayında suyun səviyyəsi xeyli artıb. Nəticədə təsərrüfatlara ciddi ziyan dəyib. Sel suları sakinlərin əkin sahəsini yuyub aparıb, iri buynuzlu mal-qara tələf olub.

Kəndlərə gediş-gəlişdə də çətinliklər yaranıb. Xüsusilə də Ərçiman kəndinə gedən yeganə yolun çaydan keçməsi nəticəsində kəndlə rayon mərkəzinin əlaqəsi kəsilib.

655-ə yaxın sakini olan kənddə hər il yağıntılar dövründə eyni hal yaşanır. Məsələnin yeganə çıxış yolu isə çayın üzərində körpünün tikilməsidir.


Müəllif:

Oxşar xəbərlər